Avstraliyanın Ali Məhkəməsi: Baş nazir müavininin parlamentə seçilməsində qanun pozuntusuna yol verilib

Avstraliyanın Ali Məhkəməsi: Baş nazir müavininin parlamentə seçilməsində qanun pozuntusuna yol verilib Məhkəmənin qərarı ilə əlavə seçkilər keçiriləcək, bu da hakim koalisiyanın parlamentdə çoxluğun itirilməsinə gətirib çıxara bilər
Digər ölkələr
27 Oktyabr , 2017 12:06
Avstraliyanın Ali Məhkəməsi: Baş nazir müavininin parlamentə seçilməsində qanun pozuntusuna yol verilib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Avstraliyanın Baş nazirin müavini Barnabi Coys və daha dörd senator ikili vətəndaşlığa sahib olduğu üçün milli qanunvericiliyin pozulması ilə parlamentə seçilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avstraliya Ali Məhkəməsinin qərarında deyilir.

Məhkəmənin qərarı ilə əlavə seçkilər keçiriləcək, bu da hakim koalisiyanın parlamentdə çoxluğun itirilməsinə gətirib çıxara bilər.

B.Coys Yeni Zelandiyanın vətəndaşlığından rəsmən imtina etdiyi üçün əlavə seçkilərə qatıla bilər. 

Son xəbərlər

Orphus sistemi