Yuxarı

Avstraliyalı sörfinqçi köpək balığının qurbanı olub

Əlli yaşlı idmançı aldığı yaralardan keçinib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Avstraliyalı sörfinq ustası Yeni Kaledoniya çimərliklərindən birinin sahillərində köpək balığının hücumuna məruz qalıb.

"Report" xəbər verir ki, bu barədə çərşənbə günü ABC teleşirkəti məlumat yayıb.

Kaytsörfiq ilə məşğul olan 50 yaşlı kişi suya yıxılıb və köpək balığı ona hücum edərək bud nahiyəsini dişləyib. Yaralı yaxınlıqda katamaran sürən insanlar tərəfindən sudan çıxarılıb və ilkin tibbi yardım alıb, lakin o, olduqca dərin yaralardan keçinib.

"Onu böyük köpək balığı dişləyib, lakin biz hələlik onun növünü bilmirik", - deyə yerli xilasetmə mərkəzinin rəhbəri Nikolas Reno bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi