Avstraliyada yaşayış evində atışma olub, ölənlər var

Avstraliyada yaşayış evində atışma olub, ölənlər var Avstraliyanın Kvinslend ştatında baş verən atışma nəticəsində ikisi polis əməkdaşı olmaqla azı üç nəfər ölüb.
Digər ölkələr
12 dekabr 2022 14:21
Avstraliyada yaşayış evində atışma olub, ölənlər var

Avstraliyanın Kvinslend ştatında baş verən atışma nəticəsində ikisi polis əməkdaşı olmaqla azı üç nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə Avstraliyanın ABC yayım korporasiyası məlumat yayıb.

Hadisə Brisben şəhərindən 300 kilometr qərbdə yerləşən kənd ərazisində qeydə alınıb.

Yeni Cənubi Uels ştatının itkin düşmüş sakininin istintaqı çərçivəsində kənddəki yaşayış evinə 4 polis gəlib. Naməlum şəxslər onlara atəş açıb. İki əməkdaş hadisə yerində ölüb, bir polis isə güllə yarası alıb və xəstəxanadadır. Yerli sakin də ölüb.

Hazırda şübhəlilərin axtarışı üçün polis əməliyyatı davam edir. Sakinlərə evlərini tərk etməmək tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi