Avstraliya qitəsinin şərqində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
“Report” xəbər verir ki, bu barədə Yeni Cənubi Uels ştatının polisi məlumat yayıb.
Qeyd olunub ki, təyyarə yerli vaxtla saat 08:50-də (Bakı vaxtı ilə 01:50) Brisbendən 350 km cənub-qərbdə yerləşən Lilydale ərazisində elektrik xətti ilə toqquşub.
Hadisə yerində polis əməkdaşları, o cümlədən təcili tibbi yardım briqadaları cəlb edilib. Təyyarənin göyərtəsində olan iki nəfərin həlak olduğu güman edilir.