Yuxarı

Avstraliyada terror aktı törətməyi planlaşdıran iki yeniyetmə tutulub

Yeniyetmələrdən birinin atası terrorçuluqla əlaqədar cinayətə görə, mühakimə olunub

Bakı. 13 oktyabr. REPORT.AZ/ Avstraliya hakimiyyəti 16 yaşlı iki yeniyetməyə qarşı terror aktı törətməyi planlaşdırdığı üçün ittiham irəli sürüb.

"Report" "France Press"ə istinadən xəbər verir ki, onların terrorçu İŞİD qruplaşması tərəfindən buna təhrik edildikləri ehtimal olunur.

İnformasiyaya görə, yeniyetmələr ölkənin Sidney şəhəri ətrafında saxlanılıblar. Xəbərə görə, onların üzərindən iki bıçaq aşkarlanıb.

"Qarşısını almasaydıq, onlar kiməsə hücum edəcəkdilər. Bu haqda məlumatımız var idi", - deyə, yerli polis idarəsinin təmsilçisi Katrin Börn bildirib.

İnformasiyaya əsasən, yeniyetmələrdən birinin atası terrorçuluqla əlaqədar cinayətə görə, mühakimə olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi