​Avstraliyada sörfinqçi köpək balığının qurbanı olub

​Avstraliyada sörfinqçi köpək balığının qurbanı olub Böyük ağ köpək balığı 29 yaşlı gəncin ayağını dişləyib
Digər ölkələr
4 İyun , 2016 03:09
​Avstraliyada sörfinqçi köpək balığının qurbanı olub

Bakı. 4 iyun. REPORT.AZ/ Avstraliya sahillərində köpək balığının hücumuna məruz qalan sörfinq ustası xəstəxanada dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə ABC teleşirkəti məlumat yayıb.

29 yaşlı avstraliyalı Ben Gerrinq çərşənbə axşamı köpək balığının hücumuna məruz qalıb. Yırtıcı onun ayağını dişləyib. Bədbəxt hadisə Avstraliyanın qərbində yerləşən Mancera şəhəri ərazisindəki Falkon yaşayış məntəqəsi yaxınlığında baş verib. Zərərçəkən xəstəxanaya çatdırılıb, orada əməliyyat olunub, lakin onun vəziyyəti ağır olaraq qalıb.

Avstraliyanın Balıqçılıq İdarəsi Departamentindən bildirilib ki, yırtıcının zərərçəkənin sörfinqində buraxdığı izlər söhbətin böyük ağ köpək balığından getdiyini deməyə əsas verir.

Son xəbərlər

Orphus sistemi