Avstraliyada yanğınlar: paytaxt sakinlərinə evdən çıxmamaq tövsiyə olunur FOTO

Avstraliyada yanğınlar: paytaxt sakinlərinə evdən çıxmamaq tövsiyə olunur FOTO Avstraliyanın paytaxtı Kanberrada meşə yanğınlarına görə hava o qədər dumanlı hal alıb ki, yerli səlahiyyətli şəxslər sakinləri evlərindən çıxmamağa çağırıb.
Digər ölkələr
107
7 Yanvar , 2020 11:34
Avstraliyada yanğınlar: paytaxt sakinlərinə evdən çıxmamaq tövsiyə olunur  FOTO

Avstraliyanın paytaxtı Kanberrada meşə yanğınlarına görə hava o qədər dumanlı hal alıb ki, yerli səlahiyyətli şəxslər sakinləri evlərindən çıxmamağa çağırıb.

"Report" DW-yə istinadən xəbər verir ki, insanlara evlərini azı 48 saat ərzində tərk etməmələri tövsiyə olunur.

Paytaxtın hava limanı bir çox uçuşları ləğv edib, şəhərdəki muzeylər, mağazalar və universitetlər bağlanıb.

Eyni zamanda ölkənin cənub-şərq sahillərində yağış yağıb və bu, yanğınsöndürənlərin yanğınla mübarizədəki işini bir qədər asanlaşdırıb. Amma Yeni Cənubi Uels və Viktoriya ştatlarında hələ də 170-ə yaxın yanğın ocağı qalmaqdadır.

Hazırda ölkədə yanğınlar başlayandan bəri 7 milyon hektara yaxın ərazi yanıb, azı 24 nəfər və yüz milyonlarla heyvan ölüb.

Son xəbərlər

Orphus sistemi