Avstraliyada partlayış təhlükəsinə görə təyyarə təxliyyə edilib

Avstraliyada partlayış təhlükəsinə görə təyyarə təxliyyə edilib Şahidlərin sözlərinə görə, sərnişinlər özlərini uçuş-enmə zolağına atıb
Digər ölkələr
6 İyun , 2017 09:56
Avstraliyada partlayış təhlükəsinə görə təyyarə təxliyyə edilib

Bakı. 6 iyun. REPORT.AZ/ Avstraliyanın Olebro şəhərindəki hava limanında təyyarənin tualetində yalançı bomba təhlükəsi yazılmış vərəqə aşkar edildikdən sonra sərnişinlər təyyarədən təxliyyə edilib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə yerli polisdən bildiriblər.

Göyərtəsində 42 sərnişin olan təyyarə evakuasiya edilib, bir kişi həbs edilib.

Şahidlərin sözlərinə görə, sərnişinlərin bəziləri hətta özünü uçuş-enmə zolağına atıb.

Son xəbərlər

Orphus sistemi