​Avstraliyada parlament seçkiləri keçirilir

​Avstraliyada parlament seçkiləri keçirilir Seçkilərdə qələbəyə əsasən Milli Liberal Koalisiya və Leyborist Partiyası namizəddir
Digər ölkələr
2 İyul , 2016 06:35
​Avstraliyada parlament seçkiləri keçirilir

Bakı. 2 iyul. REPORT.AZ/ Bu gün Avstraliyada parlament seçkiləri start götürür. "Report" xəbər verir ki, şənbə günü seçki məntəqələri seçiciləri qəbul edəcək.

İlk məntəqələr yerli vaxtla səhər saat 08.00-da səsvermə üçün açılacaq. Səsvermədə 15,6 milyon nəfərin iştirakı gözlənilir.

Seçkilərdə qələbəyə əsasən iki siyasi təşkilat – hazırkı baş nazir Malkolm Ternbull başda olmaqla Milli Liberal Koalisiya və Bill Şortenin təmsil etdiyi Leyborist Partiyası namizəddir.

Avstraliya Federal Parlamenti Nümayəndələr Palatasından və Senatdan ibarətdir. Nümayəndələr Palatası 150 deputatdan ibarətdir. Onların hər biri müəyyən seçki dairəsinin seçicilərini təmsil edir və ümumi gizli səsvermə yolu ilə üç il müddətinə seçilir. Parlamentin yuxarı palatası olan Senat 76 senatordan ibarətdir. 

Son xəbərlər

Orphus sistemi