Yuxarı

​Avstraliyada Müsəlman Partiyası yaradılıb

Dia Məhəmməd: Partiyanın dini ad altında yaradılması səbəblərindən biri də bu günlərdə Parisdə törədilən terror aktlarıdır

Bakı. 17 noyabr. REPORT.AZ/ Avstraliyada "Avstraliya Müsəlman Partiyası" adlı yeni siyasi təşkilat yaradılıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, Sidney sakini, partiyanın sədri Dia Məhəmməd bildirib ki, onlar qarşıdan gələn parlament seçkilərində iştirak etməyə hazılaşırlar.

Məlumata görə, Avstraliyada yarım milyonadək müsəlman yaşasa da, ancaq ölkə parlamentindəki 250 deputatdan yalnız biri özünü müsəlman sayır.

Dia Məhəmməd deyib ki, partiyanın dini ad altında yaradılması səbəblərindən biri də bu günlərdə Parisdə törədilən terror aktlarıdır.  

Partiya liderinin sözlərinə görə, bu siyasi təşkilatın yaradılması ilə Avstraliyadakı müsəlmanlar səslərinin daha çox eşidilmək imkanı qazanacaqlar: "Müsəlman Partiyasının yaranması səbəblərindən biri də son zamanlar ölkədə antiislamyönlü platformalı siyasi təşkilatların təsis olunmasının elan edilməsidir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi