Avstraliyada meşə yanğınları nəticəsində 30-dan çox insan yaralanıb

Avstraliyada meşə yanğınları nəticəsində 30-dan çox insan yaralanıb Avstraliyanın şərq sahillərini əhatə edən genişmiqyaslı meşə yanğınları nəticəsində 30-dan çox insan yaralanıb, üç nəfər itkin düşüb. “Report” “TASS”-a istinadən xəbər verir ki, Yeni Cənubi Uels Regional Yanğından Mühafizə İdarəsinin məlumatına əsasən yanğın nəticəsində 100-dən çox ev məhv olub.
Digər ölkələr
9 Noyabr , 2019 03:39
Avstraliyada meşə yanğınları nəticəsində 30-dan çox insan yaralanıb

Avstraliyanın şərq sahillərini əhatə edən genişmiqyaslı meşə yanğınları nəticəsində 30-dan çox insan yaralanıb, üç nəfər itkin düşüb. “Report” “TASS”-a istinadən xəbər verir ki, Yeni Cənubi Uels Regional Yanğından Mühafizə İdarəsinin məlumatına əsasən yanğın nəticəsində 100-dən çox ev məhv olub. 

Yanğınsöndürmə xidmətindən verilən məlumata görə, şənbə günü səhərədək bölgədə 77 meşə yanğınları qeydə alınıb, onlardan 42-sini lokallaşdırmaq mümkün olmayıb. Əyalətin 17 ərazisi üçün fövqəladə vəziyyət elan edilib. Yanğınların söndürülməsinə mindən çox yanğınsöndürən və 300-ə yaxın köməkçi heyət cəlb edilib.

Qitənin şimal-şərqində, Qvisland Yanğınsöndürmə İdarəsinin Brisbanın şimalında baş verən 50 meşə yanğını ilə mübarizə apardığı bölgədə vəziyyət ağır olaraq qalır. Regional polis serjantı Stiv Hallın verdiyi məlumata görə, Kuroib rayonunda yaşayan 2,5 mindən çox insan evlərini tərk edib. Onlar müvəqqəti təxliyə mərkəzlərinə göndərilib.

Son xəbərlər

Orphus sistemi