Avstraliyada "omikron" ştamına yoluxma qeydə alınıb

Avstraliyada "omikron" ştamına yoluxma qeydə alınıb Avstraliyada koronavirusun "omikron" ştamına iki yoluxma faktı qeydə alınıb.
Digər ölkələr
28 Noyabr , 2021 15:41
Avstraliyada omikron ştamına yoluxma qeydə alınıb

Avstraliyada koronavirusun "omikron" ştamına iki yoluxma faktı qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Belə ki, yeni ştam Afrikadan gələn iki vətəndaşda aşkarlanıb.

Xəstəliyə yoluxanların hər ikisinin COVID-19-a qarşı peyvənd olunduğu məlum olub. Onlar hazırda tibb müəssisəsində təcrid vəziyyətdədirlər.

ÜST tərəfindən "omikron" ştamı əvvəlcə Afrikanın cənubunda müəyyən edilib. Mütəxəssislər hesab edirlər ki, o, digər ştamlarla müqayisədə daha sürətli yayılır və tərkibində çoxlu sayda mutasiya var.

Son xəbərlər

Orphus sistemi