Avstraliyada koronavirusdan ilk ölüm qeydə alındı

Avstraliyada koronavirusdan ilk ölüm qeydə alındı Qərbi Avstraliya ştatında koronavirusdan ilk ölüm hadisəsi baş verib.
Digər ölkələr
1 Mart , 2020 11:06
Avstraliyada koronavirusdan ilk ölüm qeydə alındı

Qərbi Avstraliya ştatında koronavirusdan ilk ölüm hadisəsi baş verib.

“Report”un məlumatına görə, bu barədə “ABC” ştatın rəsmisinə istinadən məlumat yayıb.

Məlumata əsasən, Avstraliyada virusun ilk qurbanı, “Diamond Princess” səyahət gəmisindən təxliyə edilən 79 yaşlı kişidir.

Onun həyat yoldaşı da gəmidə olarkən koronavirusa yoluxub. Hazırda qadının vəziyyəti stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, Avstraliyada COVID-19 koronavirusuna yoluxanların sayı 25 nəfərdir. Onların 15-i tam sağalıb.

“Diamond Princess” səyahət gəmisindən təxliyə edilən 9 nəfər isə “Darvin” klinikalarında müalicə alır. 

Son xəbərlər

Orphus sistemi