Avstraliyada kişi ağac doğrayan maşının içinə düşərək ölüb

Avstraliyada kişi ağac doğrayan maşının içinə düşərək ölüb Mərhum kişi təqaüdçüyə yolu ağac budaqlarından təmizləməkdə kömək etmək istəyib
Digər ölkələr
1552
14 Noyabr , 2017 02:58
Avstraliyada kişi ağac doğrayan maşının içinə düşərək ölüb

Bakı. 14 noyabr. REPORT.AZ/ Avstraliyanın Qimpi şəhərində kişi ağac doğrayan maşının içinə düşərək ölüb.

"Report" "9news" nəşrinə istinadən xəbər verir ki, mərhum kişi təqaüdçüyə yolu ağac budaqlarından təmizləməkdə kömək etmək istəyib, lakin iş zamanı ağac doğrayan qurğuya düşüb.

İlkin məlumata görə, insident polis tərəfindən bədbəxt hadisə kimi nəzərdən keçirilir.

Kişinin yanında işləyən dostları ona kömək etməyə macal tapmayıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi