Avstraliyada kimyəvi zavodda güclü yanğın baş verib - VİDEO

Avstraliyada kimyəvi zavodda güclü yanğın baş verib - VİDEO Bakı. 30 avqust. REPORT.AZ/ Avstraliyanın ikinci böyük şəhəri olan Melbrunun qərbində yerləşən kimyəvi zavodda güclü yanğın baş verib.
Digər ölkələr
30 avqust 2018 02:56
Avstraliyada kimyəvi zavodda güclü yanğın baş verib - VİDEO

Bakı. 30 avqust. REPORT.AZ/ Avstraliyanın ikinci böyük şəhəri olan Melbrunun qərbində yerləşən kimyəvi zavodda güclü yanğın baş verib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Ölkənin yanğın xidmətinin məlumatına görə, alovun söndürülməsinə idarənin 120-dən çox əməkdaşı və təqribən 30 yanğınsöndürən maşın cəlb olunub.

Müəssisənin anbarlarında asetilen və aseton çənlərinin partlayışı baş verir.

Yanğın rayonunda bir neçə məktəb bağlanıb, yerli sakinlərə ətrafı zəhərli tüstü bürüdüyündən pəncərələri açmamaq tövsiyyə olunub.

Son xəbərlər

Orphus sistemi