Yuxarı
    Bağlamaq

    Avstraliyada iki təyyarə toqquşub, xəsarət alanlar var

    Hadisə Melburn şəhərinin cənub-şərqindəki Murabbin qəsəbəsinin hava limanında baş verib

    Bakı. 11 aprel. REPORT.AZ/ Bu gün Avstraliyanın Melburn şəhərinin cənub-şərqindəki Murabbin qəsəbəsinin hava limanının uçuş-eniş zolağında iki yüngül motorlu təyyarə toqquşub. 

    "Report"un "TASS"a istinadən verdiyi məlumata görə, nəticədə təyyarənin göyərtəsində olan 5 nəfərdən üçü xəsarət alaraq xəstəxanaya çatdırılıb, iki nəfər isə ambulator yardım göstərilib. 

    Məlumata görə, təyyarələrdən biri havada olduğu zaman mühərrikində nasazlıq yarandığına görə yerə enmək istəyərkən uçuşa hazırlaşan digər təyyarə ilə toqquşub. Toqquşma nəticəsində hər iki hava gəmisinə ciddi ziyan dəyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi