Avstraliyada İŞİD-ə qoşulduğu üçün 5 nəfər vətəndaşlıqdan məhrum edilib

Avstraliyada İŞİD-ə qoşulduğu üçün 5 nəfər vətəndaşlıqdan məhrum edilib Bakı. 9 avqust. REPORT.AZ/ Avstraliya hökuməti ölkə xaricində İŞİD terror qruplaşmasının fəaliyyətində iştirak etdiklərinə görə iki pasportlu 5 nəfəri vətəndaşlıqdan məhrum edib.
Digər ölkələr
9 Avqust , 2018 09:54
Avstraliyada İŞİD-ə qoşulduğu üçün 5 nəfər vətəndaşlıqdan məhrum edilib

Bakı. 9 avqust. REPORT.AZ/ Avstraliya hökuməti ölkə xaricində İŞİD terror qruplaşmasının fəaliyyətində iştirak etdiklərinə görə "iki pasportlu" 5 nəfəri vətəndaşlıqdan məhrum edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın miqrasiya işləri üzrə naziri Piter Datton bildirib.

Nazir qeyd edib ki, bu insanlar terrorizmlə əlaqə quraraq, Avstraliyanın mənafeyinə qarşı çıxıblar və bu yolla özləri Avstraliya cəmiyyətini tərk etməyin lehinə seçim ediblər.

Son xəbərlər

Orphus sistemi