Avstraliyanın Yeni Cənubi Uels ştatındakı Nyukasl şəhəri yaxınlığında içərisində 5 nəfərin, o cümlədən bir qadının olduğu özəl helikopter qəzaya uğrayıb.
“Report” “News”a istinadən xəbər verir ki, Avstraliya Dənizdə Təhlükəsizlik Qurumundan (AMSA) verilən məlumata görə, ötən gün axşam fırtınalı havada uçan “Bell UH1” tipli helikopterin radardan itməsindən sonra həyata keçirilən axtarış tədbirləri nəticəsində səhər saatlarında helikopterin arxa rotoru, daha sonra gövdəsi tapılıb.
Helikopterin dənizə düşdüyü ehtimal edilir.
Helikopterdəki şəxslərin axtarışları davam edir.