​Avstraliyada hamilə qadın "Zika" virusuna yoluxub

​Avstraliyada hamilə qadın "Zika" virusuna yoluxub Cari il ölkədə "Zika"ya 5 yoluxma hadisəsi təsdiqlənib
Digər ölkələr
11 Fevral , 2016 16:22
​Avstraliyada hamilə qadın Zika virusuna yoluxub

Bakı. 11 fevral. REPORT.AZ/ Avstraliyanın Kvinslend ştatında ilk dəfə hamilə qadının "Zika" virusuna yoluxması hadisəsi qeydə alınıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda ştatın yerli hakimiyyəti məlumat yayıb.

Məlumata görə, cari ildə "Zika"ya 5 yoluxma hadisəsi təsdiqlənib. 2015-ci ildə 13, 2014-cü ildə isə 7 yoluxma qeydə alınıb.

Xəstəliyə tutulan Avstraliya vətəndaşlarının hamısı xarici səfərdən ölkəyə qayıdanlar olub.

Yerli həkimlər bildirib ki, ölkə vətəndaşlarının narahatlığına əsas yoxdur, çünki qitədə bu virusun praktik daşıyıcısı yoxdur, onun daşıyıcılarına Kvinslend ştatının uzaq tropik rayonlarında rast gəlmək mümkündür.

Son xəbərlər

Orphus sistemi