Avstraliyanın cənub sahilində, Hind okeanında 5,5 bal gücündə zəlzələ olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidmət Agentliyi məlumat yayıb.
Xəbərdə bildirilib ki, yeraltı təkanların mərkəzi ölkənin Olbani şəhərindən 1086 km şimal-qərbdə, zəlzələnin ocağı isə 10 km dərinlikdə yerləşib.
Təbii fəlakət nəticəsində sunami və dağıntılar barədə xəbər yayılmayıb.