​Avstraliya Yaponiyanın Antarktidada balina ovuna başlamaq qərarını pisləyib

​Avstraliya Yaponiyanın Antarktidada balina ovuna başlamaq qərarını pisləyib Tokionun bu qərarı dünyanın 33 ölkəsi tərəfindən etirazla qarşılanıb
Digər ölkələr
18 Dekabr , 2015 22:49
​Avstraliya Yaponiyanın Antarktidada balina ovuna başlamaq qərarını pisləyib

Bakı. 18 dekabr. REPORT.AZ/ Avstraliyanın baş naziri Malkolm Ternbull Yaponiyanın Antarktida sularında balina ovuna başlamaq haqqında qərarından olduqca məyus olduğunu bildirib.

"Report" BBC-yə istinadən xəbər verir ki, o, bu bəyanatla Tokioya səfəri zamanı çıxış edib.

Nəşrin məlumatına görə, Yaponiya balina ovunu ötən il BMT Beynəlxalq Məhkəməsinin qərarına əsasən dayandırıb. Bu ilin dekabrında isə Tokio balıqçılıq şirkətlərinə Sakit okeanın cənub hissəsinin sularında yenidən balıq ovuna başlamaq icazəsi verib. Yaponiyanın bu qərarı dünyanın 33 ölkəsi, eləcə də Avstraliya və Yeni Zelandiya tərəfindən etirazla qarşılanıb.

Son xəbərlər

Orphus sistemi