Avstraliya Suriyadakı hərbi əməliyyatlarda iştirakını dayandırıb

Avstraliya Suriyadakı hərbi əməliyyatlarda iştirakını dayandırıb Avstraliya Müdafiə Nazirliyi: Ehtiyat tədbirləri çərçivəsində müvəqqəti olaraq əməliyyatları dayandırdıq
Digər ölkələr
20 İyun , 2017 12:17
Avstraliya Suriyadakı hərbi əməliyyatlarda iştirakını dayandırıb

Bakı. 20 iyun. REPORT.AZ/ Avstraliya ABŞ Hərbi Hava Qüvvələrinin Suriyanın qırıcısını vurması ilə əlaqədar Suriyada aviazərbələr endirilməsini dayandırmaq qərarına gəlib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Avstraliya Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

Qurumdan vurğulayıblar ki, ehtiyat tədbirləri çərçivəsində müvəqqəti olaraq əməliyyatları dayandırıblar.

Qeyd edək ki, iyunun 18-də axşam saatlarında Suriya Müdafiə Nazirliyi HHQ-nin təyyarəsinin Rakka bölgəsində İŞİD terrorçularına qarşı əməliyyat yerinə yetirərkən vurulduğunu bildirib. ABŞ-ın rəhbərlik etdiyi koalisiya təyyarənin vurulduğunu təsdiqləyib.

Bununla əlaqədar, iyunun 19-da Rusiya Müdafiə Nazirliyi ABŞ ilə Suriyada uçuşların təhlükəsizliyi üzrə imzalanan memoranduma xitam verdiyini bəyan edib.

Son xəbərlər

Orphus sistemi