Avstraliya sahillərində 6,8 maqnituda gücündə zəlzələ baş verib.
“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar Qərbi Avstraliya ştatı sahillərində, yerin 10 km. dərinliyində qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat yoxdur.