Avstraliyada partiya lideri parlamentə pərəncədə gəlib

Avstraliyada partiya lideri parlamentə pərəncədə gəlib Baş prokuror Corc Brendis bu addımına görə Polin Hensona xəbərdarlıq edib
Digər ölkələr
17 Avqust , 2017 12:41
Avstraliyada partiya lideri parlamentə pərəncədə gəlib

Bakı. 17 avqust. REPORT.AZ/ Avstraliyanın sağçı "Bir millət" Partiyasınin lideri Polin Henson Senatın iclasına pərəncə geyimində (bədənin göz də daxil olmaqla bütün hissəsinin örtüldüyü geyim - red.) gəlib. 

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, o, bununla ölkədə belə geyimin qadağan edilməsinə çalışıb.

Amma əvəzində Avstraliyanın Baş prokuroru Corc Brendis bu addımına görə P.Hensona xəbərdarlıq edib və bu addımla dini mənsubiyyət üzrə bir qrup insanın təhqir olunduğunu bildirib. O, ölkədə bu geyimin qadağası istəyini rədd edib və nəticədə müxalifət partiyalarının üzvlərinin alqışlarını qazanıb.

P.Henson pərəncədən ictimai yerlərdə istifadə olunmasına qadağa qoyulmasını müasir Avstraliyanın qarşılaşdığı mühüm problem kimi qələmə verib. 

Son xəbərlər

Orphus sistemi