Avstraliya Rusiyanı "NotPetya" virusunu yaymaqda ittiham edib

Avstraliya Rusiyanı "NotPetya" virusunu yaymaqda ittiham edib Bakı. 16 fevral. REPORT.AZ/ Böyük Britaniya və ABŞ-dan sonra Avstraliya hökuməti də Rusiyanı NotPetya kompyuter virusunu yaratmaqda və yaymaqda ittiham edib.
Digər ölkələr
16 Fevral , 2018 08:33
Avstraliya Rusiyanı NotPetya virusunu yaymaqda ittiham edib

Bakı. 16 fevral. REPORT.AZ/ Böyük Britaniya və ABŞ-dan sonra Avstraliya hökuməti də Rusiyanı "NotPetya" kompyuter virusunu yaratmaqda və yaymaqda ittiham edib.

"Report" RİA "Novoti"yə istinadən xəbər verir ki, bununla bağlı ittihamla Avstraliyanın hüquq-mühafizə orqanları və kiber təhlükəsizlik məsələləri üzrə naziri Enqus Teylor çıxış edib.

Bildirilir ki, virus ötən ilin iyununda bir neçə ölkədə şirkətlərin "İT" sistemini sıradan çıxarıb. Virus daha çox Ukraynaya dağıdıcı təsir edib.

Neft, energetika, telekommunikasiya və əczaçılıq şirkətlərinin, habelə dövlət orqanlarının kompyuterləri hücuma məruz qalıb.

"Avstraliya kəşfiyyat agentliklərinin informasiyasına əsaslanaraq, ABŞ-ın və Birləşmiş Krallığın hökumət orqanları ilə məsləhətləşmələrdən sonra Avstraliya hökuməti bu nəticəyə gəlib ki, Rusiya Federasiyası hakimiyyəti hadisə üçün məsuliyyətli olan cinayətkarları dəstəkləyib", - deyə nazirin bəyanatında bildirilir.

Son xəbərlər

Orphus sistemi