​Avstraliyanın cənubunda meşə yanğınları tüğyan edir

​Avstraliyanın cənubunda meşə yanğınları tüğyan edir Hakimiyyət yerli sakinləri evlərini tərk etməyə çağırıb
Digər ölkələr
906
4 Yanvar , 2015 02:23
​Avstraliyanın cənubunda meşə yanğınları tüğyan edir

Bakı. 4 yanvar. REPORT.AZ/ Güclü meşə yanğınları Cənubi Avstraliya ştatının Adelaida təpələri regionunun sakinləri üçün təhlükə yaradıb.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə şənbə günü Avstraliya mətbuatı məlumat yayıb.

Yerli icra orqanlarının məlumatına görə, vəziyyət küləyin güclənməsi səbəbindən kifayət qədər təhlükəli hal almaqdadır.

Adelaida təpələri regionunda təqribən 40 min insan yaşayır. Hakimiyyət onları mümkün qədər tez bir müddətdə evlərini tərk etməyə çağırıb.

Hazırki yanğınlar Cənubi Avstraliya ştatında 1983-cü ildə 70 nəfərin ölümü ilə nəticələnən təbii fəlakətdən sonra ən intensiv yanğın adlandırılıb.

Son xəbərlər

Orphus sistemi