​Avstraliya hökuməti 2 milyona yaxın pişiyi məhv etmək qərarına gəlib

​Avstraliya hökuməti 2 milyona yaxın pişiyi məhv etmək qərarına gəlib Qitədə təqribən 20 milyon vəhşi pişik yaşayır
Digər ölkələr
15 Oktyabr , 2015 07:52
​Avstraliya hökuməti 2 milyona yaxın pişiyi məhv etmək qərarına gəlib

Bakı. 15 oktyabr. REPORT.AZ/Avstraliya hökuməti 2020-ci ilədək 2 milyona yaxın vəhşi pişiyin məhv edilməsi barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, bu, pişiklərin nəslini kəsmək üzrə olduğu 120 heyvan növünün qorunması ilə izah edilir.

Əvvəlindən Avstraliyada pişik olmayıb. Onlar ilk mühacirlər tərəfindən Avropadan gətirilib. Bu, cəmi 200 il bundan öncə baş verib. Hazırda Avstraliya ərazisində 20 milyona yaxın vəhşi pişik yaşayır. Onlar qitədə nadir hesab edilən kiçik heyvanlar, quşlar, sürünənlər, həşərat və balıqlarla qidalanır.

Avstraliyanın nəsli kəsilməkdə olan heyvanlar üzrə Komissiyasının rəhbəri Qreqori Endryu bildirib ki, bu pişiklər artıq 27 heyvan növünü tamamilə məhv ediblər. Halbuki onların arasında yalnız Yaşıl qitədə yaşayan nadir heyvanlar olub. Hazırda 120 heyvan növü nəsli kəsilmək təhlükəsi altındadır.

Son xəbərlər

Orphus sistemi