Avstraliya ən çox axtardığı terrorçunun Türkiyədə tutulduğunu təsdiqləyib

Avstraliya ən çox axtardığı terrorçunun Türkiyədə tutulduğunu təsdiqləyib Türkiyənin hüqüq-mühafizə orqanları Prakaşanı dindirib
Digər ölkələr
26 Noyabr , 2016 07:18
Avstraliya ən çox axtardığı terrorçunun Türkiyədə tutulduğunu təsdiqləyib

Bakı. 26 noyabr. REPORT.AZ/ Avstraliya hökuməti bu ölkədə ən çox axtarılan terrorçu, İŞİD qruplaşmasının üzvü Nil Prakaşın Türkiyədə tutulduğunu təsdiqləyib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verib.

"Bizim Prakaş hesab etdiyimiz şəxsin tutulması Avstraliya və Türkiyə hakimiyyətinin sıx əməkdaşlığının nəticəsində oldu", - deyə Avstraliya hökumətinin mətbuat katibi bildirib.

Türkiyənin hüqüq-mühafizə orqanları Prakaşanı dindirib. Avstraliya onun ekstradisiyası haqqında formal sorğu göndərəcək.

Prakaş Avstraliyada İŞİD-in ən yüksək vəzifəli üzvü hesab edilirdi və terror aktlarının hazırlığına cəlb olunmuşdu. Onlardan birini 25 apreldə – Avstraliyanın müharibə veteranlarının şərəfinə keçirilən milli bayram günündə həyata keçirmək planlaşdırılırdı.

Son xəbərlər

Orphus sistemi