Avstriya Almaniyaya gedən qatar səfərlərini dayandırıb

Avstriya Almaniyaya gedən qatar səfərlərini dayandırıb Qərar Almaniyada qaçqın sayının artması səbəbindən qəbul edilib
Digər ölkələr
3 Oktyabr , 2015 13:18
Avstriya Almaniyaya gedən qatar səfərlərini dayandırıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Avstriya Almaniyaya gedən qatar səfərlərini dayandırıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avstriya Dövlət Dəmir Yolları məlumat yayıb.

Rəsmi açıqlamada mövcud qərarın Almaniyada qaçqın sayının artması səbəbindən qəbul edildiyi göstərilib: "Buna görə də Zalsburq və Almaniya arasındakı qatar səfərləri oktyabrın 12-dək təxirə salınıb".

Xatırladaq ki, bundan əvvəl də (sentyabrın 15-də) Almaniya hökuməti ölkəyə qaçqın axınının qarşısını almaq üçün Zalsburqdan gələn qatar səfərlərini müvəqqəti olaraq təxirə salmışdı.

Qeyd edək ki, son bir ayda təxminən 170 min qaçqın Avstriyaya gələrək qatarlarla Almaniyaya gediblər. 

Son xəbərlər

Orphus sistemi