Avstraliya ABŞ-dan səkkiz nüvə sualtı qayığı alır

Avstraliya ABŞ-dan səkkiz nüvə sualtı qayığı alır Avstraliya 100 milyard dollara ABŞ-dan səkkiz nüvə sualtı qayıq almağa hazırdır.
Digər ölkələr
23 Fevral , 2023 00:42
Avstraliya ABŞ-dan səkkiz nüvə sualtı qayığı alır

Avstraliya 100 milyard dollara ABŞ-dan səkkiz nüvə sualtı qayıq almağa hazırdır.

"Report" "9 News" xəbər portalına istinadən xəbər verir ki, Avstraliyanın Baş naziri Entoni Albaneze federal hökumətin 100 milyard dollara səkkiz ABŞ gəmisinin alınmasını nəzərdə tutan sazişə sadiqliyini bir daha təsdiqləyib.

Albaneze qabaqcıl hərbi texnika ilə bağlı xarici müttəfiqlərdən asılılığın qarşısını almaq üçün yerli müdafiə istehsalı müəssisələrinin genişləndirilməsinə də söz verib.

Xatırladaq ki, 2021-ci ilin sentyabırnda ABŞ, Avstraliya, Böyük Britaniya arasında Asiya və Sakit okean regionunda Çin təhlükəsinə qarşı AUKUS sazişi imzalanıb. Onun şərtlərinə görə, Avstraliya ABŞ texnologiyası ilə adi silahlarla təchiz olunmuş azı 8 ədəd nüvə sualtı qayığı inşa edəcək, ordusunu ABŞ istehsalı olan qanadlı raketlərlə təchiz edəcək. Bununla bağlı Avstraliya Fransa ilə 12 sualtı qayığın tikintisi barədə qüvvədə olan 50 milyard avroluq müqaviləyə birtərəfli şəkildə xitam verib. Hazırda Avstraliya dəniz qüvvələrində nüvə sualtı qayığı yoxdur.

Son xəbərlər

Orphus sistemi