Avstraliyada karantin qaydalarını pozan nazir cəzalandırılıb

Avstraliyada karantin qaydalarını pozan nazir cəzalandırılıb Avstraliyada polis əməkdaşları Cənubi Uels ştatının dövlət xidməti məsələləri üzrə naziri Don Xarvini cərimələyiblər.
Digər ölkələr
10 Aprel , 2020 13:07
Avstraliyada karantin qaydalarını pozan nazir cəzalandırılıb

Avstraliyada polis əməkdaşları Cənubi Uels ştatının dövlət xidməti məsələləri üzrə naziri Don Xarvini cərimələyiblər.

“Report” xəbər verir ki, bu barədə yerli “Age” qəzeti məlumat yayıb.

Bildirilib ki, nazir bölgədə koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı tətbiq edilən qaydaları pozduğu üçün 1 000 Avstraliya dolları (636 ABŞ dolları) məbləğində cərimə olunub. 

Məsələ ilə bağlı polisin yaydığı açıqlamada bildirilib ki, 55 yaşlı kişi mart ayında qaydaları pozaraq şəhərətrafı bağ evinə köçüb. Cərimələndən sonra Don Xarvin Sidneyə qayıdıb. 

Ştatın baş naziri Qledis Bereciklyanın sözlərinə görə, nazir COVID-19-la bağlı qaydaların tətbiqindən əvvəl köçüb. O, baş verəni “dəhşətli hadisə” adlandırıb.

Son xəbərlər

Orphus sistemi