Yuxarı

Avroqrupun rəhbəri: "Brexit" Britaniya strukturlarının Aİ bazarına çıxışını məhdudlaşdıracaq"

Brexitin zərəri həm də London Sitinin rəqibləri olan maliyyə mərkəzlərinin bundan qazanması olacaq

Bakı. 25 iyun. REPORT.AZ/ Avroqrupun rəhbəri Yerun Deysselblum Böyük Britaniyanın Avropa İttifaqından çıxmaqla bağlı keçirdiyi referendumun nəticələrini şərh edib.

"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, o, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının, yəni "Brexit"in Britaniya maliyyə institutlarının Aİ-nin daxili bazarına çıxışını məhdudlaşdıracağını bildirib.

RTL telekanalına müsahibəsində Y.Deysselblum "Brexit"in zərərinin, həmçinin London Sitinin rəqibləri olan maliyyə mərkəzlərinin (Amsterdam, Frankfurt) bundan qazanması olacağını vurğulayıb.

O, bir neçə il əvvəl "Financial Times"ın Asiya versiyasında Londonun Aİ-də biznes qurmaq üçün ən ideal şəhər olduğunu yazdığını xatırladıb. Y.Deysselblumun sözlərinə görə, artıq bu cür reklam mümkün olmayacaq və asiyalı tərəfdaşlar Hollandiya və Almaniyaya istiqamət alacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi