Avropola ilk dəfə qadın rəhbərlik edəcək

Avropola ilk dəfə qadın rəhbərlik edəcək Bakı. 1 may. REPORT.AZ/ Belçikanın keçmiş cinayət polisi rəhbəri Katrin de Bol bu gün rəsmən Avropa Polis Agentliyinin (Avropol) icraçı direktoru vəzifəsində fəaliyyətə başlayıb.
Digər ölkələr
1 May , 2018 12:29
Avropola ilk dəfə qadın rəhbərlik edəcək
HLN.be

Bakı. 1 may. REPORT.AZ/ Belçikanın keçmiş cinayət polisi rəhbəri Katrin de Bol bu gün rəsmən Avropa Polis Agentliyinin (Avropol) icraçı direktoru vəzifəsində fəaliyyətə başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bununla Avropol tarixində ilk dəfə quruma qadın rəhbərlik edib.

Qeyd edək ki, Avropa İttifaqının Daxili İşlər və Ədliyyə Şurası martın 8-də Brüsseldə keçirilmiş iclasda Katrin de Bolu bu vəzifəyə təsdiqləyib. O, bu vəzifədə Rob Ueynraytı əvəzləyib.

Əlavə edək ki, Avropol başçısı dörd il müddətinə təyin olunur.

Son xəbərlər

Orphus sistemi