Avropol dələduzluqda şübhəli bilinən 79 nəfəri saxlayıb

Avropol dələduzluqda şübhəli bilinən 79 nəfəri saxlayıb Avropa İttifaqının Polis Xidməti (Avropol) aviabiletlərin saxtalaşdırılmasında şübhəli bilinən 79 nəfəri saxlayıb.
Digər ölkələr
28 Noyabr , 2019 10:38
Avropol dələduzluqda şübhəli bilinən 79 nəfəri saxlayıb

Avropa İttifaqının Polis Xidməti (Avropol) aviabiletlərin saxtalaşdırılmasında şübhəli bilinən 79 nəfəri saxlayıb.

"Report" xəbər verir ki, bu barədə "Qazeta.ru" məlumat yayıb.

Qeyd olunur ki, şübhəlilər aviabiletlər alarkən oğurlanmış və saxta kartlardan istifadə ediblər. Onlar noyabrın 18-dən 22-dək dünyanın 200-dən çox hava limanında keçirilmiş "Global Airline Action Days" (GAAD) çərçivəsində 12-ci hökumətlərarası əməliyyat zamanı saxlanılıb.

Avropol 150 şübhəli tranzaksiya aşkarlaya, eləcə də saxta şəxsiyyət vəsiqələrindən istifadə etməklə sərhədləri qanunsuz keçmək və uşaq oğurlamaq cəhdlərinin qarşısını alıb.

Qeyd edək ki, son illərdə Aİ-də kredit kartları saxtakarlığı halları daha çox müşahidə olunur. Mütəxəssislərin qiymətləndirməsinə görə, belə saxtakarlıqlar səbəbindən aviasiya sənayesinin itkiləri ildə 1 milyard dollara çatır.

Son xəbərlər

Orphus sistemi