Türkiyədən Yunanıstana gedən qayığın batması nəticəsində ölənlərin sayı 33-ə çatıb - YENİLƏNİB

Türkiyədən Yunanıstana gedən qayığın batması nəticəsində ölənlərin sayı 33-ə çatıb - YENİLƏNİB Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları 75 nəfəri xilas edib
Digər ölkələr
30 Yanvar , 2016 16:15
Türkiyədən Yunanıstana gedən qayığın batması nəticəsində ölənlərin sayı 33-ə çatıb - YENİLƏNİB

Bakı. 30 yanvar. REPORT.AZ/ Türkiyənin Çanaqqala bölgəsindən Yunanıstanın Midilli adasına keçmək istəyən qaçqınların qayığının batması nəticəsində 5-i uşaq olmaqla 33 nəfərin meyiti çıxarılıb.
"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları 75 nəfəri xilas edib. Xəbərə əsasən, axtarış-xilasetmə tədbirləri davam etdirilir.

***13:02

Bakı. 30 yanvar. REPORT.AZ/ Türkiyənin Çanaqqala bölgəsindən Yunanıstanın Midilli adasına keçmək istəyən qaçqınların qayığının batması nəticəsində 5-i uşaq olmaqla 10 nəfər ölüb.

"Report" xəbər verir ki, Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları 43 mühaciri sudan sağ çıxarıb.

Xəbərdə bildirilib ki, onlar Əfqanıstan, Birma və Suriya vətəndaşlarıdır. 

Son xəbərlər

Orphus sistemi