BMT rəsmisi: "Avropaya gedən qaçqınların sayı daha da artacaq"

BMT rəsmisi: "Avropaya gedən qaçqınların sayı daha da artacaq" UNİCEF: "Bu ilin yanvar-iyul aylarında 133 min uşaq Avropa İttifaqından sığınacaq istəyib"
Digər ölkələr
26 Sentyabr , 2015 10:40
BMT rəsmisi: Avropaya gedən qaçqınların sayı daha da artacaq

Bakı. 26 sentyabr. REPORT.AZ/ "Avropaya gedərək sığınacaq almaq istəyən qaçqınların sayı daha da artacaq. Hazırda baş verənlər sadəcə aysberqin görünən tərəfidir". "Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Regional Qaçqın koordinatoru Amin Avad qurumun Cenevrə ofisində keçirdiyi mətbuat konfransında deyib.

O, Suriyada beş ildir ki, davam edən müharibədən sonra "çarəsiz qalan insanların" Avropaya gəlməyə davam edəcəyini deyib: "Avropa Birliyinin qaçqın böhranı üçün BMT qurumlarına 1 milyard dollar yardım etməsi xoş haldır".

BMT Uşaqlara Yardım Fondunun (UNİCEF) sözçüsü Sarah Crov isə bu ilin yanvar-iyul ayları ərzində 133 min uşağın Avropa İttifaqına sığınacaq almaları üçün müraciət etdiyini deyib. 

Son xəbərlər

Orphus sistemi