Avroparlament Ukraynaya 1,2 milyard avro kreditin verilməsini təsdiqləyib

Avroparlament Ukraynaya 1,2 milyard avro kreditin verilməsini təsdiqləyib Avropa Parlamentinin Aİ Şurası Ukraynaya 1,2 milyard avro məbləğində kredit şəklində yeni makromaliyyə yardımı ilə bağlı qərarı təsdiqləyib.
Digər ölkələr
16 fevral 2022 19:54
Avroparlament Ukraynaya 1,2 milyard avro kreditin verilməsini təsdiqləyib

Avropa Parlamentinin Aİ Şurası Ukraynaya 1,2 milyard avro məbləğində kredit şəklində yeni makromaliyyə yardımı ilə bağlı qərarı təsdiqləyib.

"Report" TASS-a istinadən xəbər verir ki, səsvermədə layihəni 694 seçicidən 598-i dəstəkləyib.

Sənədin müəlliflərinin fikrincə, kredit Beynəlxalq Valyuta Fondunun proqramında qeyd olunduğu kimi, Ukraynanın tədiyyə balansını ödəməyə xidmət edəcək.

Vəsaitlər 12 ay ərzində hər biri 600 milyon avro olmaqla iki tranşla Kiyevə köçürüləcək.

Son xəbərlər

Orphus sistemi