Yuxarı
    Bağlamaq

    ​Avropa Parlamenti Boris Nemtsovun qətli haqda qətnamə qəbul edib

    Sənəd Avroparlamentin 5 fraksiyası tərəfindən birgə hazırlanıb

    Bakı. 12 mart. REPORT.AZ/ Avropa Parlamenti Kremli rusiyalı siyasətçi Boris Nemtsovun qətlini beynəlxalq səviyyədə müstəqil araşdırmağa çağırıb.

    "Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə Avroparlamentin qəbul etdiyi qətnamədə vurğulanıb.

    Sənəddə qeyd edilib ki, ATƏT, Avropa Şurası və BMT-nin vasitəçiliyi cinayət işinin ədalətli və qərəzsiz araşdırlımasını təmin edər.

    Qətnamədə vurğulanıb ki, bu qətlin qərəsiz və ədalətli araşdırılması Rusiya ilə Avropa Birliyi arasında gərginliyin azaldılmasına, normal münasibətlərin diplomatik yolla bərpasına təsir göstərər.

    Sənəd Avroparlamentin 5 fraksiyası, o cümlədən onlardan ən böyüyü - Avropa Xalq Partiyası, "Sosialist və Demokratların" Fraksiyası tərəfindən birgə hazırlanıb.

    Xatırladaq ki, Boris Nemtsov bu il fevralın 27-də Moskvada qətlə yetirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi