​Avropanın üç dövləti arasında qatarların hərəkəti dayandırılıb

​Avropanın üç dövləti arasında qatarların hərəkəti dayandırılıb Bir müddət öncə "Avstriya dəmiryolları" da oxşar addım atmışdı
Digər ölkələr
22 Sentyabr , 2015 16:49
​Avropanın üç dövləti arasında qatarların hərəkəti dayandırılıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Almaniya Dəmiryolu Şirkəti "Deutsche Bahn"ın operatoru Münhen (Almaniya) - Zaltsburq (Avstriya) - Vyana (Avstriya) - Budapeşt (Macarıstan) istiqamətində qatarların hərəkətini oktyabrın 4-dək dayandırıb.

"Report" xəbər verir ki, bu haqda "France Presse" agentliyi məlumat yayıb.

Buna səbəb kimi mühacir axını göstərilib.

Bir müddət öncə "Avstriya dəmiryolları" Zaltsburqla Almaniya sərhədi arasındakı qatarların hərəkətinı dayandırmışdı. Şirkət bunu Almaniya hakimiyyətinin istəyi əsasında etdiyini bildirmişdi. Bu reys sentyabrın ortalarında suriyalı qaçqınların axını səbəbindən dayandırılmışdı. Həmin vaxt şirkət nəqliyyatın normallaşacağı müddəti açıqlamamışdı.

Son xəbərlər

Orphus sistemi