Avropanın qışda koronavirusa qarşı necə mübarizə aparacağı açıqlandı

Avropanın qışda koronavirusa qarşı necə mübarizə aparacağı açıqlandı Avropa Komisiyası bu qışda Aİ ölkələrinin koronavirusa qarşı mübarizə strategiyasını açıqlayıb.
Digər ölkələr
2 Dekabr , 2020 19:39
Avropanın qışda koronavirusa qarşı necə mübarizə aparacağı açıqlandı

Avropa Komissiyası bu qış Avropa İttifaqı ölkələrinin koronavirusa qarşı mübarizə strategiyasını açıqlayıb.

“Report” təşkilatın açıqlamasına istinadən xəbər verir ki, insanların qapalı məkanlarda daha çox toplaşdığı qış fəsli ərzində təhlükəsizlik və səmərəli peyvənd tətbiq olunanadək ayıq-sayıq və ehtiyatlı davranmaq tövsiyə olunur. Sonrakı dövrdə isə məhdudiyyətlərin tədricən, əlaqəli şəkildə ləğvinə dair müvafiq göstərişlərin veriləcəyi bildirilir.

Hazırkı mərhələdə isə ara məsafə saxlamaq, sosial təmasları azaltmaq, test keçirmək, səyahətlərin təhlükəsizliyi üçün tədbirlər görmək, pandemiyadan bezmiş əhalinin psixi sağlamlığını qorumaq kimi nəzarət tədbirləri tövsiyə olunur.

Koronavirus pandemiyası dövründə dünyada 64 milyondan çox insan yoluxub, bunların 1,5 milyona yaxını dünyasını dəyişib, 44 milyondan çoxu da sağalıb.

Son xəbərlər

Orphus sistemi