Avropanın dörd ölkəsi milli qaz nəqli sistemlərini birləşdirəcək

Avropanın dörd ölkəsi milli qaz nəqli sistemlərini birləşdirəcək Saziş Riqada imzalanıb
Digər ölkələr
24 May , 2015 09:59
Avropanın dörd ölkəsi milli qaz nəqli sistemlərini birləşdirəcək

Bakı. 24 May. REPORT.AZ/ Avropanın dörd ölkəsinin - Bolqarıstan, Slovakiya, Rumıniya və Macarıstanın xarici işlər nazirləri milli qaz nəqli sistemlərinin birləşdirilməsini nəzərdə tutan saziş imzalayıblar.

"Report"un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu sənəd Riqada imzalanıb.

Bolqarıstanın xarici işlər naziri Daniel Mitov bildirib ki, imzalanmış sənəd şaquli qaz dəhlizinin yaradılmasına hesablanıb. Bu, Mərkəzi və Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyini təmin etmək baxımından çox vacib addımdır.

Son xəbərlər

Orphus sistemi