Avropanın daha bir ölkəsində koronavirusdan ilk ölüm qeydə alındı

Avropanın daha bir ölkəsində koronavirusdan ilk ölüm qeydə alındı Niderlandda koronavirusdan ilk ölüm faktı qeydə alınıb.
Digər ölkələr
6 Mart , 2020 14:38
Avropanın daha bir ölkəsində koronavirusdan ilk ölüm qeydə alındı
google.az

Niderlandda koronavirusdan ilk ölüm faktı qeydə alınıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu ölkənin Milli Səhiyyə Qurumu açıqlayıb.

Məlumata görə, ölən şəxs 86 yaşlı kişidir. O, Rotterdam şəhərində dünyasını dəyişib. 

Qeyd edək ki, Niderlandda koronavirusa ilk yoluxma hadisəsi fevralın 27-də qeydə alınıb. Martın 5-də verilən məlumata görə, ölkədə virus daşıyıcılarının sayı 82 nəfərdir. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 94 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 98 853-ə çatıb. Bunların 55 807 nəfəri sağalıb, 3 391 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi