Avropanın daha 4 ölkəsində koronavirusa yoluxanların sayı artdı

Avropanın daha 4 ölkəsində koronavirusa yoluxanların sayı artdı Avropada koronavirus sürətlə yayılmaqda davam edir.
Digər ölkələr
332
5 Mart , 2020 15:17
Avropanın daha 4 ölkəsində koronavirusa yoluxanların sayı artdı
cnbc

Avropada koronavirus sürətlə yayılmaqda davam edir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyada koronavirusdan üçüncü ölüm faktı qeydə alınıb.

Məlumata görə, koronavirus daşıyıcılarının sayı Belçikada 50-yə, İspaniyada 248-ə, Böyük Britaniyada 90-a, Estoniyada isə 3 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 86 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96 261-ə çatıb. Bunların 53 709 nəfəri sağalıb, 3 310 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi