Sorğu: Avropalıların təxminən yarısı ABŞ-ı təhlükəsizlik sahəsində etibarlı tərəfdaş hesab etmir

Sorğu: Avropalıların təxminən yarısı ABŞ-ı təhlükəsizlik sahəsində etibarlı tərəfdaş hesab etmir Avropalıların təxminən yarısı ABŞ-ın Avropa İttifaqının təhlükəsizliyi məsələsində etibarlı tərəfdaş olmasına inanmır.
Digər ölkələr
13 May , 2019 14:01
Sorğu: Avropalıların təxminən yarısı ABŞ-ı təhlükəsizlik sahəsində etibarlı tərəfdaş hesab etmir
Getty

Avropalıların təxminən yarısı ABŞ-ın Avropa İttifaqının təhlükəsizliyi məsələsində etibarlı tərəfdaş olmasına inanmır.

"Report"un Avropa bürosu xəbər verir ki, bunu "YouGov" sosioloji xidməti tərəfindən aparılan və "El Pais" qəzetində dərc olunan araşdırmanın nəticələri göstərir.

Məlumata görə, avropalıları ən çox narahat edən problemlər arasında miqrasiya (35%), ətraf mühit (29%) və təhlükəsizlik məsələləri (23%) var. Bundan əlavə, respondentlərin 46%-i ölkələrinin artıq münaqişə zonalarından qaçqınlar qəbul etməməsini üstün tutur.

Qeyd olunur ki, rəyi soruşulanların 45%-i ABŞ-ın indi Aİ-nin təhlükəsizliyi üçün etibarlı tərəfdaş olmaması fikri ilə razılaşıb. Avropalıların 31%-i Çinin, 40%-i isə Rusiyanın Aİ-nin təhlükəsizliyi üçün təhdid olduğunu hesab edir. 

Bundan əlavə, respondentlərin 47%-i Aİ-nin gələcək çağırışlara qarşı mübarizədə öz ordusuna sahib olmaq ehtiyacının olduğunu düşünür.

Son xəbərlər

Orphus sistemi