Avropada Uber şirkətinin iki rəhbəri saxlanılıb

Avropada Uber şirkətinin iki rəhbəri saxlanılıb Uber şirkəti bəyan edib ki, bu xidmət Fransada sona qədər işləyəcək
Digər ölkələr
30 İyun , 2015 03:50
Avropada Uber şirkətinin iki rəhbəri saxlanılıb

Bakı. 30 İyun. REPORT.AZ/ Ucuz taksi, yaxud şəxsi sürücüləri axtarmağa, sifariş etməyə və xidmətlərini ödəməyə imkan verən UberPOP mobil xidmətini yaradan Uber şirkətinin iki rəhbəri Fransa polisi tərəfindən saxlanılıb.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, saxlanılanlar Uber şirkətinin Fransa şöbəsinin rəhbəri Thibaud Simphal və Uber şirkətinin Qərbi Avropa qanadının rəhbəri Pierre-Dimitri Gore-Coty-dir.

Keçən cümə günü Fransa daxili işlər naziri Bernard Cazeneuve deyib ki, UberPOP xidməti bağlanmalıdır, avtomobillər isə sərnişin daşımalarını davam etdirdiyi təqdirdə müsadirə olunmalıdır.

Ənənəvi taksi əvəzinə daha ucuz taksi sifariş etməyə imkan verən UberPOP xidməti artıq Fransada qeyri-qanuni elan olunmuşdu, lakin bu qadağaya məhkəmədə baxıldığına görə hələ də istifadə edilir.

Uber şirkəti bəyan edib ki, ölkənin ən yüksək məhkəmə instansiyası tərəfindən qadağan olunana qədər bu xidmət Fransada işləyəcək.

Fransız taksi sürücüləri öz lisenziyalarına minlərlə avro ödəyirlər.

Onlar Uber şirkətini ədalətsiz konkurensiyada günahlandırırlar, cünki şirkətin sürücüləri rəsmi lisenziya sistemindən yan kecə bilirlər. Ənənəvi taksi sürücüləri belə hesab edir ki, son iki il ərzində onlar gəlirlərinin 30 faizdən 40 faizə qədərini Uberin populyarlığı nəticəsində itirib.

Kecən həftə Fransiz taksi sürücüləri Uberə qarşı aksiya keçirib: onlar Paris aeroportlarına gedən yolları bağlayaraq avtomobil təkərlərini yandırıb.

Son xəbərlər

Orphus sistemi