Avropada Milad bazarlarının təşkili ilə bağlı narahatlıq hökm sürür

Avropada Milad bazarlarının təşkili ilə bağlı narahatlıq hökm sürür Fransada hər il 250 Milad bazarı qurulur ki, başqa ölkələrdə bu sayı 10-50 arasında dəyişir
Digər ölkələr
21 Noyabr , 2015 21:41
Avropada Milad bazarlarının təşkili ilə bağlı narahatlıq hökm sürür

Bakı. 21 noyabr. REPORT.AZ/ Avropada ənənəvi Milad Bayramı bazarlarının fəalliyyətə başlaması fonunda təhlükəsizliyin qorunması müzakirə edilir.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, ötən həftə Parisdə 129 nəfərin ölməsiylə nəticələnən silsilə hücumlardan sonra təhlükəsizliklə bağlı narahatlıq artıb. 

Məsələn, Strasburqda 445 ildir təşkil olunan Milad bazarı bu il uşaqlar üçün əyləncə tədbirləri keçirilməyəcək. Ümumilikdə, Fransada hər il 250 Milad bazarı qurulur ki, başqa ölkələrdə bazar sayı 10-50 arasında dəyişir.

Surixdə isə dəmir yolu stansiyası bazarı açıq olsa da, polislə doludur.

Son xəbərlər

Orphus sistemi