Avropada meşə yanğınları səbəbindən minlərlə insan təxliyə edilib

Avropada meşə yanğınları səbəbindən minlərlə insan təxliyə edilib Avropada meşə yanğınları səbəbindən minlərlə insan təxliyə edilib.
Digər ölkələr
17 iyul 2022 15:36
Avropada meşə yanğınları səbəbindən minlərlə insan təxliyə edilib

Avropada meşə yanğınları səbəbindən minlərlə insan təxliyə edilib.

"Report" bu barədə "Sky News"a istinadən xəbər verir.

Hazırda Fransa, İspaniya, Portuqaliya, Yunanıstan, Macarıstan və Xorvatiya da daxil olmaqla bir sıra Avropa ölkələrində şiddətli meşə yanğınları yayılmaqda davam edir. Yanğınlar səbəbindən minlərlə insan təxliyə edilməli olub.

Təkcə 3 min yanğınsöndürən Fransanın cənub-qərbindəki Jironde departamentində evlərin xilas edilməsinə cəlb olunub.

Portuqaliyada 1000-dən çox yanğınsöndürən alovun yaşayış binalarına keçməsinə imkan verməməyə çalışır.

İspaniyada yanğınsöndürmə xidmətləri bir neçə meşə yanğını ocağına qarşı mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi