Böyük Britaniya pandemiya qurbanlarının sayına görə Avropada İtaliyanı geridə qoyaraq birinci yerə yüksəlib.
“Report” xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Statistika Komitəsi yayıb.
Yenilənmiş statistikaya görə, krallıqda koronavirusdan ölənlərin sayı 32 213 nəfərdir. İtaliyada isə COVID-19-dan 20 079 nəfər dünyasını dəyişib.
Beləliklə, Böyük Britaniya ABŞ-dan sonra dünyada koronavirusun ən çox ölümə səbəb olduğu ikinci ölkədir.
Qeyd edək ki, ötən gün ölkənin Səhiyyə Nazirliyinin açıqlamasında 28 734 nəfərin pandemiya qurbanı olduğu bildirilmişdi.