Avropada koronavirusa yoluxanların sayı kəskin artdı

Avropada koronavirusa yoluxanların sayı kəskin artdı Almaniya, Norveç, Finlandiya, İsveç və İslandiyada koronavirusa yoluxanların sayında kəskin artım müşahidə edilib.
Digər ölkələr
5 mart 2020 10:11
Avropada koronavirusa yoluxanların sayı kəskin artdı
google.az

Almaniya, Norveç, Finlandiya, İsveç və İslandiyada koronavirusa yoluxanların sayında kəskin artım müşahidə edilib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, koronavirus daşıyıcılarının sayı Almaniyada 349, Norveçdə 63, Finlandiyada 12, İsveçdə 53, İslandiyada isə 26 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 86 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 95 609-a çatıb. Bunların 53 704 nəfəri sağalıb, 3 287 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi