Avropa İttifaqı (Aİ) kibertəhlükəsizlik təlimlərinə başlayıb.
"Report" xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Təlim Ukraynanın 70-ə yaxın hökumət saytını ələ keçirən kiberhücumun baş verdiyi gün başlayıb.
Altı həftə davam edəcək təlimlər fevralın sonunda Aİ xarici işlər nazirlərinin görüşü zamanı yekunlaşacaq.
Təlimin məqsədi Aİ-yə üzv dövlətlər arasında əməkdaşlığı gücləndirmək və birgə cavab tədbirlərinin effektivliyini artırmaqdır.